...

MDB ölkələrinin dövlət qulluğu sahəsinə məsul olan qurumlarını birləşdirən şəbəkənin yaradılması müzakirə olunub

Cəmiyyət Materials 6 Fevral 2013 15:33 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serik Primbetovla görüşüb.
MDB ölkələrinin dövlət qulluğu sahəsinə məsul olan qurumlarını birləşdirən şəbəkənin yaradılması müzakirə olunub

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serik Primbetovla görüşüb.

Komissiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı MDB ölkələri arasında dövlət qulluğu sahəsində bilik və təcrübə mübadiləsinə dair Regional XAB-ın (MDB ölkələrinin dövlət qulluğu sahəsinə məsul olan qurumlarını birləşdirən şəbəkə) yaradılması barədə müzakirələr apaılıb.

Xəlilov Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Regional XAB-ın yaradılmasında maraqlı olduğunu vurğulayıb və bunun dövlət qulluqçuları arasında təcrübə mübadiləsinin aparılmasına, müxtəlif beynəlxalq tədbirlərin keçirilməsinə müsbət təsir göstərəcəyinə inandığını bildirib.

Qeyd edilib ki, dövlət qulluğu sahəsində Regional XAB-ın yaradılmasının əsas məqsədi region ölkələri arasında beynəlxalq təşkilatların iştirakı ilə fasiləsiz bilik və təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutan institusional şəbəkənin formalaşdırılmasıdır.

Görüşdə Komissiya və Qazaxıstanın Dövlət Qulluğu Məsələləri üzrə Agentliyi anlaşma memorandumunun imzalanması ilə əlaqədar müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti