...

Azərbaycanın hərbi qanunvericilik toplusu nəşr olunub (FOTO)

Cəmiyyət Materials 7 Fevral 2013 15:39 (UTC +04:00)
Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun tərtib etdiyi kitabın baş redaktoru parlament Aparatının rəhbəri Səfa Mirzəyev, redaktoru isə Nizami Səfərovdur.
Azərbaycanın hərbi qanunvericilik toplusu nəşr olunub (FOTO)

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanın hərbi qanunvericilik toplusu nəşr olunub.

Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun tərtib etdiyi kitabın baş redaktoru parlament Aparatının rəhbəri Səfa Mirzəyev, redaktoru isə Nizami Səfərovdur.

Kitabın müəllifi Trend-ə bildirib ki, toplu hərbi hissə komandirləri (rəisləri), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, onun yerli idarə, şöbə və bölmələrinin əməkdaşları, hərbi qulluqçular, onların ailə üzvləri, həkimlər, prokurorluq orqanları işçiləri, elmi işçilər, ali təhsil və ali hərbi təhsil müəssisələrinin tələbələri (kursantları), hərbi hüquqi sahədə biliklərini artırmaq azrzusunda olan hər bir kəs və hərbi xidmət keçmək kimi konstitusion vəzifə daşıyan hər bir vətəndaş üçün nəzərdə tutulub.

1268 səhifəlik bu kitab 500 nüsxə ilə çap olunub.

Ensiklopediyada buraxılmış boş səhifələr normativ hüquqi aktlarda edilən əlavələr və dəyişikliklər barədə müəyyən qeydləri aparmaq üçün nəzərdə tutulub.

İlk dəfə nəşr olunan "Azərbaycan Respublikasının hərbi qanunvericilik ensiklopediyası"nda hərbi sahəyə aid qanunlar, Milli Təhlükəsizlik Strategiyası, Hərbi Doktrina, Konstitusiya Məhkəməsinin qərarları, hərbi nizamnamələr, əsasnamələr, məcəllə və qanunlardan çıxarışlar, Nazirlər Kabinetinin qərarları, Silahlı Qüvvələrin geyim formaları və fərqlənmə nişanları, silahlı qüvvələrin və ayrı-ayrı qoşun növlərinin bayraqları və onların təsvirləri, orden və medallar, onların təsvirləri, müdafiə nazirinin əmrləri yer alıb.

Kitabda 1918-ci ildə Azərbaycanda təsdiq olunan ilk hərbi orden və medalların təsviri də verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti