...

"Renault" ən innovasiyalı Fransa şirkəti seçilib

Cəmiyyət Materials 8 Fevral 2013 12:46 (UTC +04:00)
"Boston Consulting Group" şirkətinin yeni sorğusuna görə "Renault" dünyanın 50 ən innovasiyalı şirkəti sırasındadır.
"Renault" ən innovasiyalı Fransa şirkəti seçilib

Azərbaycan, Bakı, 8 fevral /Trend/

"Boston Consulting Group" şirkətinin yeni sorğusuna görə "Renault" dünyanın 50 ən innovasiyalı şirkəti sırasındadır.

2004-cü ildən tətbiq edilən reytinq uzunmüddətli perspektivdə innovasiyalara yatırımlar qoyan biznes strukturları qiymətləndirir.

• "Boston Consulting Group" şirkətinin araşdırmasına görə, "Renault" 2012-ci ildə Fransada innovasiyalar tətbiq edən ən qabaqcıl şirkətidir.
• "Renault" dünyanın 50 ən innovasiyalı şirkətləri arasında 34-cü yer tutub.
• "Renault" son sorğuda iştirak edən beş avtomobil şirkətlərindən biridir. "Boston Consulting Group" "Renault" şirkətinin zərərli tullantıları sıfıra bərabər avtomobillərin istehsalı, "Renault-Nissan" alyansı çərçivəsindəki tərəfdaşlıq, "Daimler" şirkəti ilə əməkdaşlıq və resurslardan səmərəli istifadə strategiyasını yüksək qiymətləndirib. "Ən innovasiyalı şirkətlər-2012" reytinqi beş əsas meyar üzrə müəyyən edilib: müştəri dəyəri, brendin dəyərinə təsirlər, qiymət və keyfiyyət mütənasibliyi, satışlarda innovasiyaların effektivliyi və innovasiyaların satış artımına təsiri.
• Ən innovasiyalı şirkətlərin reytinqi 2004-cü ildən hesablanır. Dünyanın ən irimiqyaslı şirkətlərinin top-menecerlərinin (1512 nəfər) rəyinə əsaslanan reytinq şirkətlərin strategiyalarında innovasiyaların prioritetliyi, yaxın illərdə innovasiya yönümlü xərclərin həcmi kimi göstəriciləri nəzərə alır.

Renault şirkətinin Azərbaycanda mətbuat nümayəndəliyi
Tel: (012) 436 85 09 ; Faks: (012) 436 90 67 www.media.renault.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti