...

Azərbaycan mədəniyyəti və Dağlıq Qarabağ münaqişəsi Kanada ictimaiyyətinə təbliq edilir

Cəmiyyət Materials 13 Fevral 2013 22:03 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikasının Kanadadakı Fövqəladə və Səlahiyyətli Səfiri Fərid Şəfiyev Alberta əyalətinə işgüzar səfəri çərçivəsində Kalqari Universitetində Alberta Azərbaycan Mədəniyyəti Cəmiyyəti və Kalqari Universiteti Azərbaycanlı Tələbələr Assosiasiyasının birgə təşkil etdiyi tədbirdə iştirak edib.
Azərbaycan mədəniyyəti və Dağlıq Qarabağ münaqişəsi Kanada ictimaiyyətinə təbliq edilir

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Bu gün Azərbaycan Respublikasının Kanadadakı Fövqəladə və Səlahiyyətli Səfiri Fərid Şəfiyev Alberta əyalətinə işgüzar səfəri çərçivəsində Kalqari Universitetində Alberta Azərbaycan Mədəniyyəti Cəmiyyəti və Kalqari Universiteti Azərbaycanlı Tələbələr Assosiasiyasının birgə təşkil etdiyi tədbirdə iştirak edib.

Trend Kanadadakı Azərbaycan səfirliyinə istinadən xəbər verir ki, səfir ilk növbədə Kalqari universitetinin tələbələri qarşısında "Azərbaycanın iqtisadi perspektivləri və geosiyasi təhdidlər" adlı təqdimatla çıxış edib. Təqdimatda Azərbaycan iqtisadiyyatının son illərdə sürətli inkişafı və əldə olunmuş nailiyyətlər, neft və qazın Avropa bazarına ixracı layihələri və Ermənistan-Azərbaycan münaqişəsi barədə danışılıb.

Daha sonra Xocalı faciəsinin anım mərasimi keçirilib. Səfir Xocalı soyqırımının tanıtdırılması istiqamətində fəaliyyətin davam etdirilməsinin əhəmiyyətini önə çəkərək, Ermənistanın tarixi təhrif etmə cəhdlərinin qarşısının qətiyyətlə alınmasının vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti