...

Türkiyənin şəhərlərində Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbirlər keçiriləcək

Cəmiyyət Materials 23 Fevral 2013 18:39 (UTC +04:00)
Milli Məclisinin deputatı Aydın Mirzəzadə Türkiyə universitetlərində Xocalı soyqırımının ildönümü ilə əlaqədar təşkil edilmiş tədbirlərdə iştirak edəcək.
Türkiyənin şəhərlərində Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbirlər keçiriləcək

Azərbaycan, Bakı, 23 fevral /Trend /

Milli Məclisinin deputatı Aydın Mirzəzadə Türkiyə universitetlərində Xocalı soyqırımının ildönümü ilə əlaqədar təşkil edilmiş tədbirlərdə iştirak edəcək.

Trend-in məlumatına görə, fevral ayının 24-27 arası Türkiyənin Giresun Üniversiteti və Eskişehir Osmangazi Üniversitetlərində Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 26-da Xocalıda törətdikləri qanlı faciənin 21-ci ildönümü münasibəti ilə təşkil edilən tədbirlərdə həmin universitetlərin dəvəti ilə Aydın Mirzəzadə iştirak edəcək.

Fevral ayının 25-də Giresun Üniversitetində, fevral ayının 26-da Eskişehir Osmangazi Üniversitetlərində universitet müəllim və tələbə heyyətlərinin, şəhər ictimaiyyətinin nümayəndələrinin, mətbuat nümayəndələrinin iştirak etdiyi böyük tədbirlər keçiriləcək.

Tədbirlərdə universitet və şəhər nümayəndələri çıxış edəcək, bu qanlı hadisəni əks etditən kitab və video çarxlar nümayiş etdiriləcək.

Milli Məclisinin deputatı tədbirlərdə çıxış edərək faciə haqqında ətraflı məlumat verəcək, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğalı nəticəsində yaranan problemlərdən danışacaq, Türkiyə-Azərbaycan dostluğunun sarsılmazlığını vurğulayacaq.

Səfər çərçivəsində Mirzəzadənin Qiresun və Eskişehir valiləri, bələdiyyə başqanları, ictimaiyyət namyəndələri ilə görüşləri və mətbuat orqanlarına müsahibələr verilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti