...

Azərbaycanda ötən il 1121 obyektdə tikinti işləri müvəqqəti dayandırılıb

Cəmiyyət Materials 6 Mart 2013 12:37 (UTC +04:00)
Ötən il Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanda 1121 obyektdə tikinti işlərini müvəqqəti dayandırıb. Trend-in məlumatına görə, bu barədə Nazirlə Kabinetinin 2012-ci ilin hesabatında qeyd olunub.
Azərbaycanda ötən il 1121 obyektdə tikinti işləri müvəqqəti dayandırılıb

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İzzət/

Ötən il Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanda 1121 obyektdə tikinti işlərini müvəqqəti dayandırıb. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2012-ci ilin hesabatında qeyd olunub.

Hesabatda qeyd olunub ki, 2326 obyektdə texniki və vizual baxış keçirilib, onlardan 1370 obyektə qüsurların aradan qaldırılması üçün tapşırıqlar verilib.

Məlumata görə, nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tikintidə mövcud qanunvericiliyin tələblərinin təmin edilməsinə, tikinti obyektlərinin təhlükəsizlik, tikinti norma və qaydalarına əməl olunması nəzarət sahəsinə işlər davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti