...

PR üzrə mütəxəssis gənclər təşkilatı üçün təlim keçəcək

Cəmiyyət Materials 12 Mart 2013 15:04 (UTC +04:00)
"Gənclərin Töhfəsi" İctimai Birliyi üzvlərinin peşəkarlığının artırılması üçün növbəti layihəyə başlayır. "Pablik Rileyşıns" (PR) üzrə mütəxəssis Vüqar Baba təşkilatın idarə heyəti və üzvlərinə ictimayyətlə əlaqələrin qurulmasının sirlərini öyrədəcək.
PR üzrə mütəxəssis gənclər təşkilatı üçün təlim keçəcək

Azərbaycan, Bakı, 12 mart /Trend/

"Gənclərin Töhfəsi" İctimai Birliyi üzvlərinin peşəkarlığının artırılması üçün növbəti layihəyə başlayır. "Pablik Rileyşıns" (PR) üzrə mütəxəssis Vüqar Baba təşkilatın idarə heyəti və üzvlərinə ictimayyətlə əlaqələrin qurulmasının sirlərini öyrədəcək.

"PR-mənlik" adlı təlimlərə martın 14-də start veriləcək və dərslər 1 həftə davam edəcək. Kursda iştirakçılara PR nədir? Müasir PR-ın tarixi, PR-ın istiqamətləri, qurumların PR işinin 0-dan qurulması və s. mövzularda nəzəri və praktiki əsaslar haqqında biliklər veriləcək.

İctimaiyyətlə əlaqələr (PR) bir peşə sahəsi kimi XIX əsrin əvvəllərində yaranıb və hazırda bütün qurum, təşkilat, şirkət və fərdlərin inkişafı PR-sız təsəvvür edilə bilməz. Bu işi Azərbaycanda ən yaxşı şəkildə qurmağın yolları isə "PR-mənlik" kursunda Vüqar Baba tərəfindən "Gənclərin Töhfəsi" təşkilatının üzvlərinə öyrədiləcək.

Vüqar Baba bir neçə Azərbaycan şirkətində PR menecer kimi çalışıb və müxtəlif qurum və şəxslərə müstəqil PR məsləhətçi kimi öz tövsiyələrini verir. Hazırda "Çudo Peçka" şirkətinin PR şöbəsinin direktoru vəzifəsində işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti