...

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi: Qoruqlar ərazisində icazəsiz fərdi yaşayış evləri tikilir

Cəmiyyət Materials 15 Mart 2013 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın bəzi şəhər və rayonlarının - Şəki, Şəmkir, Gəncə, Şabran, Lerik və s. ərazisində tarixi abidələrdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən razılaşdırılmamış layihələr əsasında təmir-bərpa işləri aparılır. Trend-in məlumatına görə, bunu Azərbaycanın mədənyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev regionlardakı mədəniyyət və turizm şöbələrinin ötən ilki fəaliyyətlərinin yekunlarına həsr edilən müşavirədə deyib.

Onun sözləinə görə, qoruqlar ərazisində icazəsiz fərdi yaşayış evlərinin tikilməsi halları baş verir.

"Bu kimi qanunsuz işlərin başlanması zamanı bəzi mədəniyyət və turizm şöbələri vəzifə borclarını tam yerinə yetirmir, passiv mövqe nümayiş etdirirlər. Mədəni irsimizə bu cür münasibət qətiyyən yolverilməzdir. Belə halların baş verməməsi üçün şöbələrin rəhbərləri bütün mövcud imkanlarını səfərbər etməlidirlər",- nazir müavini əlavə edib.

O qeyd edib ki, hazırda regionlardakı 1935 mədəniyyət ocağının əsaslı və çari təmirə ehtiyacı var, 1226 müəssisə isə uyğunlaşdırılmamış binada fəaliyyət göstərir. Ötən il ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala rayonunda 129 müəssisə və tarixi abidəyə müxtəlif dərəcədə ziyan dəyib.

Əlyev deyib ki, bu gün regionlardakı kinoteatrlarn əksəriyyətinin əsaslı təmirə, onların müasir tələblərə cavab verən avadanlıqlarla təchizatına ehtiyac var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti