...

Azərbaycan Vaşinqtonda keçirilmiş Novruz şənliyində təmsil olunub

Cəmiyyət Materials 17 Mart 2013 09:37 (UTC +04:00)
Martın 16-da Vaşinqtonda Novruz Komissiyası tərəfindən Novruz bayramı münasibətilə təntənəli ziyafət keçirilib.
Azərbaycan Vaşinqtonda keçirilmiş Novruz şənliyində təmsil olunub

Azərbaycan, Bakı, 17 mart /Trend/

Martın 16-da Vaşinqtonda Novruz Komissiyası tərəfindən Novruz bayramı münasibətilə təntənəli ziyafət keçirilib. Novruz bayramını qeyd edən dövlətlərlə yanaşı, Azərbaycan da sözügedən tədbirdə iştirak edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, Azərbaycana ayrılmış mədəni guşədə ölkənin zəngin mədəniyyət nümunələri, milli musiqi alətləri və geyimləri, xalçaçılıq ənənələrini əks etdirən stend nümyiş etdirilmiş və tədbir iştirakçılarına xalqımızın zəngin Novruz adət-ənənələri barəsində məlumat verilib.

Tədbirdə eyni zamanda Azərbaycan musiqiçiləri tərəfindən ifa olunan "Sarı gəlin" və digər xalq mahnıları tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Novruz Komissiyası 2010-cu ildə təsis edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti