...

Həftənin ilk iş günü Bakıya yağış yağacaq, temperatur nisbətən enəcək

Cəmiyyət Materials 17 Mart 2013 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend/

Həftənin ilk iş günü paytaxt Bakıda hava nisbətən yağmurlu olacaq, temperatur nisbətən enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında martın 18-də hava dəyişkən buludlu olacaq, gecə və axşam yağış yağacaq.

Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacaq. Nisbi rütubət gecə
80-90 faiz təşkil edəcəkdir.

Azərbaycanın rayonlarında hava arabir yağıntılı olacaq, dağlıq ərazilərdə sulu qar yağacaq.

Havanın temperaturu gecə 3-7°, gündüz 7-12° isti olacağı gözlənilir. Dağlarda gecə 2° şaxtada 3°-dək isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti