...

Mədət Quliyev: Penitensiar Xidmətdə "təmizlənmə" işləri aparılır

Cəmiyyət Materials 19 Mart 2013 11:44 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində ilk dəfə olaraq vətəndaşlarla geniş tərkibdə açıq görüş keçirilib. Trend xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində vətəndaşlarla keçirilən görüşdə məhkumların 150-ə yaxın valideyn və yaxınları iştirak edib. Tədbir ədliyyə naziri Fikrət Məmmədovun göstərişi əsasında keçilib.
Mədət Quliyev: Penitensiar Xidmətdə "təmizlənmə" işləri aparılır

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir İ.İzzət/

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində ilk dəfə olaraq vətəndaşlarla geniş tərkibdə açıq görüş keçirilib. Trend xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində vətəndaşlarla keçirilən görüşdə məhkumların 150-ə yaxın valideyn və yaxınları iştirak edib. Tədbir ədliyyə naziri Fikrət Məmmədovun göstərişi əsasında keçilib.

Penitensiar Xidmətin rəisi general-leytenant Mədət Quliyev görüşdə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev hər bir məhkum haqqında düşünür və istəyir ki, hər bir məhkum cəzasını çəkdikdən sonra islah olunaraq sağ-salamat evinə qayıtsın.

Quliyevin sözlərinə görə, cəzaçəkmə müəssisələrində saxlanan şəxslərə diqqətin artırılması və qohumları ilə ünsiyyət qurması məqsədilə reqlamentə uyğun addımlar atılır.

Xidmət rəisi bildirib ki, artıq Şəki şəhərində ən müasir standartlara uyğun cəzaçəkmə müəssisəsinin tikintisi başa çatıb. Bir neçə gündən sonra həmin müəssisə istifadəyə veriləcək. Bundan əlavə, regionlarda daha 7 yeni, müasir standartlara uyğun cəzaçəkmə müəssisəsi inşa edilir. Bir müddət sonra hər bir məhkum qeydiyyatda olduğu yerə yaxın olan cəzaçəkmə müəssisəndə saxlanılacaq ki, bu da onun qohumları ilə daha tez və rahat ünsiyyət qurmasına şərait yaradacaq.

Quliyev qeyd edib ki, Penitensiar Xidmətdə əməkdaşlar arasında "təmizlənmə" işləri aparılır.

"Mütəmadi olaraq, xidmətə uyğun olmayan, xidmətə yaraşmayan hərəkətlərinə görə hansısa əməkdaş xidmətdən xaric edilir. Lakin bunu birdən-birə etmək mümkün deyil. Bu iş tədricən aparılacaq" - general-leytenant açıqlayıb.

Məhkumların qohumlarının şikayət və təkliflərini dinləyən ədliyyə nazirinin müavini bildirib ki, dövlətin və onun rəhbərinin hər bir məhkuma qarşı xüsusi diqqəti var.

"Çalışırıq ki, saxlanılan şəxslər cəza müddəti bitən kimi ailələrinə qovuşsunlar. Daxili intizam qaydalarına tam riayət edən şəxslər cəza müddətini vaxtından əvvəl bitirərək evlərinə dönsünlər", xidmətin rəisi qeyd edib.

Quliyev məhkumların qohumlarından xahiş edib ki, problem və şikayətlərini təkcə bir gün ərzində deyil, il boyu onlar ortaya çıxdıqca Penitensiar Xidmətə müraciət edərək bildirsinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti