Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir E.Mehdiyev/
Ombudsman Aparatının əməkdaşları Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın ünvanına barələrində olan istintaqla bağlı daxil olmuş müraciətlərlə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında araşdırma aparıblar.
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, müvəkkilə müraciət edən saxlanılan şəxslər məxfi qaydada qəbul edilərək müraciətləri yerində araşdırılıb. Həmin şəxslərdən saxlanılma şəraiti və rəftarla bağlı şikayət daxil olmayıb.
Bunlardan başqa, Ombudsman Aparatının əməkdaşları müraciətləri olmayan Fərəməz Novruzoğlu və İlqar Məmmədovla bir daha görüşüblər. Onlar saxlanılma şəraiti və rəftarla bağlı narazılıq etməyiblər.