...

Heydər Əliyev Fondu Astarada xeyriyyə aksiyası keçirib

Cəmiyyət Materials 1 May 2013 10:08 (UTC +04:00)
Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə cənub bölgəsində reallaşan xeyriyyə aksiyası çərçivəsində növbəti tədbir Astara Rayon Mərkəzi Xəstəxanasında keçirilib.
Heydər Əliyev Fondu Astarada xeyriyyə aksiyası keçirib

Azərbaycan, Bakı, 1 may /Trend/

Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə cənub bölgəsində reallaşan xeyriyyə aksiyası çərçivəsində növbəti tədbir Astara Rayon Mərkəzi Xəstəxanasında keçirilib.

Trend-in Fondun rəsmi saytına istinadən verdiyi məlumata görə, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ikigünlük aksiya zamanı Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri Rəşad Mahmudovun rəhbərliyi ilə Mərkəzi Neftçilər Xəstəxanasının 25 nəfərdən ibarət həkim və mütəxəssis heyəti tərəfindən 200 nəfərə yaxın xəstə müayinə və müalicə edilib.

Müayinə zamanı 8 uşaqda anadangəlmə ürək qüsurları aşkarlanıb və həmin uşaqların Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat olunması tövsiyə edilib.

Astara Mərkəzi Rayon Xəstəxanasında Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının təşkilatçılığı ilə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi" mövzusunda VII regional elmi-praktik konfrans da keçirilib.

Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının tibb müəssisələrində çalışan kardioloqların, cərrahların və terapevtlərin iştirak etdikləri konfransda Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşad Mahmudovun "Ürəyin işemik xəstəliyinə ümumi baxış", Mərkəzi Neftçilər Xəstəxanasının kardioloqu Vüsal Məmmədovun "Səyrici arifmiya", Mərkəzi Neftçilər Xəstəxanasının ürək-damar cərrahı Seymur Musayevin "Abdominal aurtaniv rizmaları" mövzularında məruzələri dinlənilib.

Konfrans iştirakçılarına sertifikatlar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti