Özbəkistan, Daşkənd, 6 may /Trend, müxbir D. Əzizov/
Dahi, öz xalqını hədsiz sevən və ona sadiq olan, həmçinin onun müvəffəqiyyətli inkişafı üçün çox iş görən Heydər Əliyev qısa tarixi dövr ərzində Azərbaycanın nüfuzunu görünməmiş yüksəkliyə qaldıra bilib. Bu barədə Trend-ə Özbəkistanın və Azərbaycanın xalq artisti, Özbəkistanın Dövlət mükafatı laureatı, Əlişir Nəvahi adına Dövlət akademik Böyük teatrının quruluşçu rejissoru, professor Firudin Səfərov deyib.
Səfərovun sözlərinə görə, doxsanıncı illərin əvvəllərində, Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri olaraq müstəqil Azərbaycana başçılıq etdiyi dövrdə, o artıq Daşkənddə yaşayıb işləyirdi.
"Heydər Əliyev həmişə mənim üçün ən əziz insan olaraq qalırdı", - Səfərov deyib.
Səfərovun sözlərinə görə, Heydər Əliyevin dünyanın ən nüfuzlu siyasətçilərindən biri olaraq müasir Azərbaycan xalqının ən yaxşı xüsusiyyətlərini təmsil edib.
"Xeyirxah, diqqətçil, yerindən asılı olmayaraq bütün məşhur azərbaycanlı xadimləri tanıyan, o, həmişə onları öz tarixi Vətənini unutmamağa çağırıb", - Səfərov əlavə edib.
"Bundan başqa, məhz Heydər Əliyev dünya azərbaycanlılarının Birinci qurultayını təşkil edərək orada bütün azərbaycanlıları həmrəyliyə və birliyə çağırıb", Səfərov deyib.
"Mən özüm də bu qurultayın iştirakçısı idim, Özbəkistanın və Mərkəzi Asiyanın Azərbaycan diasporaları adından çıxış etdim və xatırlayıram ki, qurultayın iştirakçıları arasında gözəl ab-hava hökm sürürdü - biz hamınız bir-birimizlə tanış olmağa, ünsiyyət saxlamağa, şəkil çəkdirməyə və diasporaların problemləri ilə bölüşməyə çalışırdıq", - o qeyd edib.
Onun sözlərinə görə, nəticədə, dünya azərbaycanlıları ilə əlaqələr üzrə koordinasiya şurası yaradılmış və Firudin Səfərov özü də onun tərkibinə daxil olub.
Görkəmli incəsənət xadiminin sözlərinə görə, dərk etməyə xoşdur ki, Heydər Əliyev işinin görkəmli davamçısı, onun oğlu, ölkənin indiki Prezidenti İlham Əliyevin fəaliyyəti atasının fəaliyyəti kimi Azərbaycan xalqının həyatını və firavan yaşamasını daha da yaxşılaşdırılması, həmçinin dünyada Azərbaycan mövqelərinin möhkəmləndirilməsi istiqamətinə yönəlib.