...

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət Materials 7 May 2013 13:07 (UTC +04:00)
Sabah Bakıda qısamüddətli yağış yağacaq. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Sabah Bakıda yağış yağacaq

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İ.İsabalayeva/

Sabah Bakıda qısamüddətli yağış yağacaq. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, mayın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən axşam və gecə saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında axşam 10-15, gündüz 18-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacağı və yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Gecə 10-15, gündüz 21-26 dərəcə, dağlarda gecə 12, gündüz 14-19 dərəcə isti olacaq.

Mayın 7-si günün ikinci yarısından mayın 10-dək Respublikanın rayonlarında temperatur rejiminin aşağı enəcəyi gözlənilir. Yağmurlu, bəzi rayonlarda küləkli hava şəraiti sünbüllənmiş payızlıq dənli bitkilərin yerə yatmasına, təzə formalaşan meyvələrin və üzümlüklərdə hamaşçiçəklərin yerə vurulmasına səbəb ola bilər. Eyni zamanda gözlənilən yağıntılar torpağın nəmliliyini artıracaq, həm tarla bitkilərində, həm də meyvə və üzüm bağlarında inkişafa müsbət təsir göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti