...

Güc strukturları arasında ümumilli lider Heydər Əliyevın 90 illik yubileyinə həsr olunan şahmat yarışı keçirilib

Cəmiyyət Materials 8 May 2013 14:01 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) ümumilli lider Heydər Əliyevın 90 illik yubileyinə həsr etdiyi silsilə idman yarışlarına daha birini əlavə edib.
Güc strukturları arasında ümumilli lider Heydər Əliyevın 90 illik yubileyinə həsr olunan şahmat yarışı keçirilib

Azərbaycan, Bakı, 8 may /Trend/

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) ümumilli lider Heydər Əliyevın 90 illik yubileyinə həsr etdiyi silsilə idman yarışlarına daha birini əlavə edib.

DGK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 7-də komitənin nəzdində yaradılmış Təşkilat Komitəsi Şahmat üzrə açıq birincilik uğrunda dövlət güc strukturları arasında yarış keçirib.

Ümumilli lider Heydər Əliyev irsinin təbliğ olunması, "2009-2014-cü illər Azərbaycanda şahmatın inkişaf etdirilməsi haqqında Dövlət Proqramı"nın icrası, respublikada şahmatın daha da inkişaf etdirilməsini əsas hədəf götürülən yarışlar şəxsi və komanda hesabı olmaqla 2 bölgüdə aparılıb.

Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin hakimlik etdiyi, 7 turdan ibarət İsveçrə sistemi ilə keçirilən yarışda Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Xüsusi Dövlət Mühavizə Xidməti, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, həmçinin Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Baş Prokrorluğu və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qarşılaşıblar.

Yarışa fəxri qonaq qismində DGK-nın Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, general-mayor Mirqasım Vahabov, Dünya Şahmat Federasiyasının nümayəndələri dəvət olunublar.

Güc strukturları arasında baş tutan yarışda FHN-nin əməkdaşı Əsədov Elçin şəxsi hesabda birinciliyi əldə edib. Digər 2 yeri isə Həsənov Əli (VN) və Quliyev Elvin (DGK) bölüşüb.

Ümumilikdə, 10 komandanın qarşılaşdığı oyunda 35 idmançı iştirak edib. Komanda oyununda Vergilər Nazirliyi 15,5 xalla ilk yeri tutb. FHN 15, DGK isə 14 xalla üçlüyə daxil olublar.

Yarışda yer tutan idmançılar və komandalar müxtəlif qiymətli hədiyyələr və diplomlarla təltif olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti