...

Heydər Əliyevin 90 illiyinə həsr olunmuş “Azərbaycanlıyam!” məhdud saylı Platin Qələm Mükafatının növbəti təqdimatı olub

Cəmiyyət Materials 8 May 2013 22:34 (UTC +04:00)
Milli Qəhrəman Çingiz Mustafayev Fondu, “ANS Qrup”a daxil olan VMF, həmçinin tanınmış “Caran d`Ache” şirkətlərinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş “Azərbaycanlıyam!” məhdud saylı Platin Qələm Mükafatının çərşənbə günü 2-ci təqdimat mərasimi keçirilib.
Heydər Əliyevin 90 illiyinə həsr olunmuş “Azərbaycanlıyam!” məhdud saylı Platin Qələm Mükafatının növbəti təqdimatı olub

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir E.Mehdiyev/

Milli Qəhrəman Çingiz Mustafayev Fondu, "ANS Qrup"a daxil olan VMF, həmçinin tanınmış "Caran d`Ache" şirkətlərinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş "Azərbaycanlıyam!" məhdud saylı Platin Qələm Mükafatının çərşənbə günü 2-ci təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə bildirilib ki, mükafata layiq görülən altı nəfər - Heydər Əliyevin şəxsi mühafizəsinin sabiq rəisi Aleksandr İvanov, millət vəkilləri Fəttah Heydərov və Eldar İbrahimov, Prezidentin təhlükəsizlik idarəsinin rəisi Bəylər Əyyubov, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundov, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov ümummilli liderin silahdaşları olublar. Mükafatlar "ANS Qrup"un prezidenti Vahid Mustafayev tərəfindən təqdim edilib.

Qələmin üzərinə "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" ifadəsi yüksək sənətkarlıq və zövqlə əks etdirilib. Mükafat Azərbaycana layiqincə xidmət göstərən ölkənin görkəmli şəxslərinə təqdim olunur.

Tədbirdə çıxış edən Aleksandr İvanov, Fəttah Heydərov və Eldar İbrahimov Heydər Əliyevin həyat yolu, fəaliyyəti, həmçinin onun insani keyfiyyətləri haqda danışıblar.

Qeyd edək ki, tanınmış "Caran d`Ache" şirkətinin məhsulu olan platin qələm yüksək beynəlxalq standartlara cavab verən, mürəkkəblə yazan qələmdir. Əl işi olduğundan hər bir qələm unikal və vahiddir.

Mükafata ilk olaraq 23 nəfər layiq görülüb. Bunlar Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Şeyxülislam Hacı Allahşükür Paşazadə, SSRİ xalq rəssamı Tahir Salahov, xalq artisti Polad Bülbüloğlu, xalq yazıçısı Çingiz Abdullayev, Yazıçılar Birliyinin sədri Anar, bəstəkar Arif Məlikov, SSRİ xalq artisti Zeynəb Xanlarova, xalq rəssamı Ömər Eldarov, Fəxri Neftçi Xoşbəxt Yusifzadə, xalq artisti Şəfiqə Məmmədova, kinorejissor Eldar Quliyev, kibernetika alimi Lütfi Zadə, xanəndə Alim Qasımov, teatr rejissoru Aleksandr Şarovski, kaman ustası Habil Əliyev, xalq şairi Vaqif Səmədoğlu, pianoçu Fərhad Bədəlbəyli, əməkdar jurnalist Mais Məmmədov, futbolçu Ələkbər Məmmədov və yazıçı-publisist Elmira Axundova olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti