...

Heydər Əliyev Mərkəzi “Baku” jurnalının xüsusi layihəsində

Cəmiyyət Materials 9 May 2013 09:59 (UTC +04:00)
“Baku” jurnalı yeni buraxılışında Heydər Əliyev Mərkəzinə həsr olunmuş xüsusi layihə təqdim edib.
Heydər Əliyev Mərkəzi “Baku” jurnalının xüsusi layihəsində

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir S.Ağayeva/

"Baku" jurnalı yeni buraxılışında Heydər Əliyev Mərkəzinə həsr olunmuş xüsusi layihə təqdim edib.

Trend-in məlumatına görə, nəşrin Heydər Əliyev Mərkəzinin açılışının ildönümünə təsadüf edən nömrəsində Mərkəzin fəaliyyət istiqamətləri barədə, həmçinin Mərkəzin binasının ekstravaqant memarlıq üslubundan, quruluşundan söz açılıb, möhtəşəm tikilinin seyrçidə yaratdığı təəssüratlar, layihə müəllifi Zaha Hadid barədə maraqlı məlumatlar, fikirlər əksini tapıb.

"Müəyyənləşdirmək mümkün deyil ki, Heydər Əliyev Mərkəzi harada bitir və şəhər harada başlayır: pilləkənlər, çığırlar, qazonlar, eskalatorlar - bunlar hamısı qəribə dalğavari xəttin davamı kimi görünür", -deyə yazının müəllifi Mərkəz haqqında təəssüratlarını bölüşür.

"Baku" junalı bu dəfə "Moda" xüsusi layihəsini də Heydər Əliyev Mərkəzində reallaşdırıb. "Azadlıq forması" adlanan fotosessiya üçün bu məkan təsadüfən seçilməyib. Layihənin ön sözündə qeyd olunub ki, Heydər Əliyev Mərkəzinin orqanik forması nəhayətsiz dərinlik yaradır. Binanın elementləri bir-birini tamamlayır, divar və tavanla hərəkət edən işıq xətləri uzadır və demək olar ki, sonsuzluğa aparıb çıxarır.

Qeyd edək ki, "Baku" jurnalı 2007-ci ildən rus dilində nəşr olunur. Jurnalda Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri və müasir həyatı haqqında materiallar təqdim olunur. 2011-ci ildən "Baku" jurnalının ingilisdilli versiyası - "Baku İnternational" nəşr edilməyə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti