...

"Excelsior Hotel Baku" yeni xidmətə başlayır

Cəmiyyət Materials 10 May 2013 16:22 (UTC +04:00)
Daim öz müştərilərinin rahatlığını düşünən "Excelsior Hotel Baku" hoteli qonaqlarına yeni bir xidmət təklif edir.
"Excelsior Hotel Baku" yeni xidmətə başlayır

Azərbaycan, Bakı, 10 may /Trend/

Daim öz müştərilərinin rahatlığını düşünən "Excelsior Hotel Baku" hoteli qonaqlarına yeni bir xidmət təklif edir.

"Ata Holding"dən cümə günü Trend-ə verilən məlumata görə, qonaqların və iştirakçıların hoteldə keçirilən tədbirlərə rahat gəlib-getməsi üçün 17 nəfərlik avtobus istifadəyə verilib. "Mercedes" sprinter markalı mikroavtobus səhər saat 08.30-dan 22.00-a qədər qonaqların xidmətində olacaq. Şənbə və bazar günləri də daxil olmaqla mikroavtobus hər gün səhər 08.30-dan başlayaraq hər saatın yarısında "Excelsior Hotel Baku" hotelinin qarşısından qonaqları Park Bulvara və səhər 09.00-dan başlayaraq hər saatda Park Bulvarın qarşısından "Excelsior Hotel Baku" hotelinə aparacaq. Xidmət ödənişsizdir, hotelin xidmətlərindən istifadə etmək istəyən qonaqların rahatlığı üçün nəzərdə tutulub.

Bu marşrut isti yay günlərində yalnız qonaqlara deyil, həmçinin "Aura" Sağlamlıq Mərkəzinin xidmətlərindən istifadə edən qonaqları və xüsusilə qadınlar üçün rahatlıq yaradır. Xüsusilə, hər zaman gözəl görünməyə və sağlam olmağa çalışan qadınlarımız üçün fitnes üzrə xüsusi təkliflər hazlrlanıb. Qadınlar üçün xüsusi təklif həftə içi səhər saat 10:00-dan axşam saat 17:00-ə qədər vaxtı əhatə edir. Təklifə fitnes mərkəzindən, açıq və qapalı hovuzdan, sauna, buxar və cakkuzidən istifadə daxildir. Həmçinin, qonaqlar skvoş və açıq havada tennis və oynaya bilərlər. Qadınlar üçün bir aylıq abunə 260 AZN, 3 aylıq abunə 750 AZN və 1 illik abunə 1175 AZN təşkil edir.

"Excelsior Hotel Baku" hotelinə 496 80 00 telefon nömrəsinə zəng edərək geniş məlumat almaq mümkündür.

Qeyd edək ki, "Excelsior Hotel Baku" hoteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. "Excelsior Hotel Baku" mehmanxanası 1 "İmperial" lüks, 2 "Royal" lüks, 4 "Crown" lüks, 45 "Heritage" deluks, 9 "Duke" standard otaqlar, iclas otaqları, biznes mərkəzləri, restoranlar, "Aura" Sağlamlıq Mərkəzindən və s. ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti