...

Əmək Nazirliyinin "Twitter" səhifəsi də fəaliyyətə başlayıb

Cəmiyyət Materials 14 May 2013 14:04 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) öz fəaliyyəti barədə cəmiyyətin geniş məlumatlandırılması, cəmiyyətlə sıx təmas şəraitində iş prosesinin təşkilində elektron imkanlardan istifadəyə xüsusi önəm verir. Son vaxtlarda bu istiqamətdə növbəti işlər olaraq, nazirliyin yeni "Facebook" səhifəsi və profili yaradılmışdır. Bu barədə Trend-ə nazirlikdən daxil olan məlumatda deyilir.
Əmək Nazirliyinin "Twitter" səhifəsi də fəaliyyətə başlayıb

Azərbaycan, Bakı, 14 may /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) öz fəaliyyəti barədə cəmiyyətin geniş məlumatlandırılması, cəmiyyətlə sıx təmas şəraitində iş prosesinin təşkilində elektron imkanlardan istifadəyə xüsusi önəm verir. Son vaxtlarda bu istiqamətdə növbəti işlər olaraq, nazirliyin yeni "Facebook" səhifəsi və profili yaradılmışdır. Bu barədə Trend-ə nazirlikdən daxil olan məlumatda deyilir.

Bu günlərdə isə nazirliyin "Twitter" səhifəsi də fəaliyyətə başlayıb. Yeni yaradılan "Twitter" səhifəsinin (MLSPPAzerbaijan) fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulur. Səhifədəki məlumatlar mütəmadi olaraq yenilənir. Qeyd edək ki, nazirliyin rəsmi facebook səhifəsi (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) artıq 10 000 nəfərə yaxın izləyiciyə malik olmaqla, dövlət qurumları arasında ən çox izləyicisi olan səhifələrdən biridir. Həmçinin facebook-da nazirliyin rəsmi profilində (mlspp.gov.az) 170 istifadəçi ilə dostluq əlaqəsi mövcuddur ki, onların əksəriyyətini KİV nümayəndələri təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti