...

Bağdadda içki satan mağazalar bağlanıb

Cəmiyyət Materials 15 May 2013 22:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend/

Bağdadın Zeyyunə rayonundakı Rubeyi küçəsində bazar ertəsi axşam alkoqollu içkilər satan mağazalara naməlum şəxslərin silahlı hücumlar təşkil etməsi səbəbindən bu gün paytaxtda içki satan dükanlar bağlı olub. Trend Türkiyə KİV-ə istinadən məlumat verir ki, dükan sahibləri illərdən bəri içki satışı ilə məşğul olduqlarını bildirərək hökumətdən mühafizə olunmalarını tələb ediblər.

Şəhərin mərkəzindəki Sadun küçəsində içki satan dükanın sahibi Xudayda Murad Xıdır hökumətin təhlükəsizliklərini təmin etməli olduğunu söyləyib: "Böyük bir təhlükə ilə qarşı-qarşıyayıq. Tez-tez öldürülmə qorxusu ilə yaşayırıq. Hökumətdən bizi qorumasını və dünən Rubeyi küçəsində öldürülən yoldaşlarımızın qatillərini tapmasını istəyirik".

Qeyd edək ki, İraqda içki satanların hamısı qeyri-müsəlmanlar, xüsusilə də xristianlardır. Dünən axşam Rubeyi küçəsindəki içki satan yerlərə hücum nəticəsində 12 nəfər ölmüş, 10 nəfər də yaralanmışdı.

Xəbər lenti

Xəbər lenti