...

Azərbaycan və Macarıstan arasında səhiyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Cəmiyyət Materials 18 May 2013 14:27 (UTC +04:00)
Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə daxil olan məlumata görə, səfər çərçivəsində o, macarıstanlı həmkarı Zoltan Baloqla, Baş nazir ofisinin dövlət katibi, Macarıstan-Azərbaycan hökumətlərarası birgə iqtisadi komissiyasının həmsədri Piter Siyyarto ilə görüşüb, səhiyyə və əczaçılıq sahəsində əməkdaşlıqla bağlı məsələləri müzakirə edib.
Azərbaycan və Macarıstan arasında səhiyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan, Bakı, 18 may /Trend/

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Macarıstanda səfərdə olub.

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə daxil olan məlumata görə, səfər çərçivəsində o, macarıstanlı həmkarı Zoltan Baloqla, Baş nazir ofisinin dövlət katibi, Macarıstan-Azərbaycan hökumətlərarası birgə iqtisadi komissiyasının həmsədri Piter Siyyarto ilə görüşüb, səhiyyə və əczaçılıq sahəsində əməkdaşlıqla bağlı məsələləri müzakirə edib.

Nazir, eyni zamanda Macarıstanın aparıcı tibb müəssisələrinin və dərman sənayesi firmalarının nümayəndələrinin təşkil etdikləri təqdimat mərasimində də iştirak edib, habelə Budapeştdəki xəstəxanalardan birinin fəaliyyəti ilə tanış olub.

Səfərin nəticələri ilə bağlı nazir Oqtay Şirəliyev və dövlət katibi Piter Siyarto birgə mətbuat konfransı keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti