...

Azərbaycanda peşə təhsili sahəsində hazırlanan kadrlara ehtiyac artır

Cəmiyyət Materials 22 May 2013 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda peşə təhsili sahəsində hazırlanan kadrlara ehtiyac getdikcə artır. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Türkiyənin təhsil naziri Nabi Avcı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanda peşə təhsili sahəsində istifadə olunmamış böyük bir potensial var:

"Sirr deyil ki, Azərbaycanda peşə təhsili sahəsində istifadə olunmamış böyük bir potensial var. Dövlətimizin iqtisadiyyatı getdikcə inkişaf edir, yeni iş yerləri və sahələr yaradılır. Peşə təhsili shaəsində hazırlanan kadrlara ehtiyac getdikcə artır. Amma müasir məzmunlu tədris prosesi peşə təhsilinin adının sadəcə diplomda yazılması nəzərdə tutmur".

M.Cabbarov bildirib ki, Türkiyənin təhsil naziri ilə keçirdiyi görüşdə də peşə təhsili sahəsində tədris prosesinə yanaşma, tədris prosesinin təşkili, peşə təhsilinin iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması məsələləri müzakirə edilib. Türkiyənin bu sahədəki təcrübəsi öyrənilib.

M.Çabbarov hesab edir ki, peşə təhsilində tədris prosesinin yaxşı qurulması, bu sahədə özəl sektorlarla təhsil sahələri arasında mövcud ola bilən mexanizmlərin tətbiqi sahəsində də Türkiyənin təcrübəsi də böyükdür. Buna görə də gələcəkdə Azərbaycan bu prosesin düzgün qurulması üçün Türkiyənin təcrübəsindən yararlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti