...

Azərbaycanın zəngin tarixi və mədəni dəyərləri İzmirdə keçirilən 11-ci Beynəlxalq Türk Dili Olimpiadası və sərgisində nümayiş etdirilib

Cəmiyyət Materials 27 May 2013 17:00 (UTC +04:00)
Azərbaycanın zəngin tarixi və mədəni dəyərləri İzmirdə keçirilən 11-ci Beynəlxalq Türk Dili Olimpiadası və sərgisində nümayiş etdirilib.
Azərbaycanın zəngin tarixi və mədəni dəyərləri İzmirdə keçirilən 11-ci Beynəlxalq Türk Dili Olimpiadası və sərgisində nümayiş etdirilib

Türkiyə, İzmir, 27 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın zəngin tarixi və mədəni dəyərləri İzmirdə keçirilən 11-ci Beynəlxalq Türk Dili Olimpiadası və sərgisində nümayiş etdirilib.

Trend-in məlumatına görə, türk dili, eyni zamanda türk dilləri qrupuna daxil olan dillərin bütün dünyada tanınması və yayılması məqsədini daşıyan olimpiadaların təməli 11 il əvvəl 17 ölkədən 62 şagirdin iştirakı ilə qoyulub. Builki tədbirə isə 140 ölkədən 2 min şagird qatılıb.

Mayın 23-dən başlayan və bazar günü yekunlaşan tədbirdə fərqli ölkələrdən olan nümayəndələr İzmir Sərgi, Açıq Hava teatrında öz adət-ənənələrini, milli geyimlərini, mətbəxlərini, tarixi abidələrini və s. nümayiş etdirməklə yanaşı, türkcə də şeirlər deyir, rəqs edir, mahnı oxuyurdular. Sərgidə ən böyük pavilyona malik Azərbaycanın stendi tarixi interyerdə qurularaq, real qala divarlarını xatırladırdı. Xüsusi vasitə ilə dalğalanan Azərbaycan bayrağı ilə yanaşı, stenddə ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəsmləri də əks olunmuşdu. Divarboyu uzanan stenddə Qız Qalası, "Möminə Xatun" türbəsi, İçərişəhər, "Nizami" türbəsi, "Qoşa Qala" qapıları, Yəhya Bakuvi türbəsinin maketləri yer almışdı.

Təşkilatçıların sözlərinə görə, Azərbaycan stendində 3 gün ərzində 50 min Azərbaycan bayrağı, üzərində Azərbaycan sözünün yazıldığı 50 min şar, üzərində Azərbaycanın xəritəsi olan 50 min yelpik, 20 min təbliğat xarakterli broşür, 50 min banka qoz mürəbbəsi, 20 min Azərbaycan paxlavası və 20 min şəkərbura sərgini izləyənlərə paylanıb.

Qeyd edək ki, bu il İzmir Fuar Mərkəzi Atatürk adına Açıq Hava Amfiteatrında təşkil olunan 11-ci Beynəlxalq Türk Dili Olimpiadasına Azərbaycandan dövlət məmurları, tələbə və şagirdlər qatılıblar.

Eyni zamanda, Qafqaz Universitetinin təşkilatçılığı və maliyyə dəstəyi ilə sözügedən tədbirdə Azərbaycanı xeyli sayda aparıcı KİV-lərin nümayəndələri təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti