...

Mayın son günləri Azərbaycanda sabit hava şəraiti hökm sürəcək

Cəmiyyət Materials 28 May 2013 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir İ.İsabalayeva/

Mayın son günləri Azərbaycanda nisbətən sabit hava şəraiti hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakı və Abşeron yarımadasında mayın 29-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı proqnozlaşdırılır. Hava əsasən yağmursuz olacaq, ancaq axşam saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Mayın 29-də Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 12-17, gündüz 21-26 dərəcə isti olacağı proqnozlaşdırılır. Mayın 30-da da paytaxtda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin səhər saatlarında qısamüddətli yağış yağacaq. Mülayim qərb küləyi əsəcək.

Mayın 30-da Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 12-18, gündüz 21-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 29-da əsasən gecə saatlarında şimşək çaxacaq, arabir yağış yağacaq. Havanın temperaturu gecə 12-17, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq. Mayın 30-da hava əsasən yağmursuz olacaq. Havanın temperaturunun gecə 13-18, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Mayın 31-dən etibarən Azərbaycan ərazisində temperatur tədricən yüksəlməyə başlayacaq.

Məlumata görə, yaxın 3 gün ərzində Bakıda xəzri küləyinin üstünlüyü və rütubətliliyin yüksək olması meteohəssas insanlarda diskomfort hissi yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti