Azərbaycan, Bakı, 29 may /Trend, müxbir M.Əliyev/
Azərbaycanda yaxın vaxtlarda geni modifikasiya edilmiş məhsulların yoxlanılması üzrə laboratoriya fəaliyyətə başlayacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.
Onun sözlərinə görə, laboratoriyanın fəaliyyət göstərməsi ilə bağlı zəruri işlər həyata keçirilib:
"Artıq laboratoriyanın binası inşa olunub, lazımı avadanlıqlar quraşdırılıb və laboratoriyada çalışan əməkdaşların təlim kursları keçirilib".
Həsənov qeyd edib ki, əsas narahatçılıq idxal olunan məhsullarla bağlıdır.