...

Azərbaycan və Mozambik mədəni əlaqələri genşləndirməkdə maraqlıdırlar

Cəmiyyət Materials 29 May 2013 17:07 (UTC +04:00)
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mozambikin mədəniyyət naziri Armando Artur Joaonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan və Mozambik mədəni əlaqələri genşləndirməkdə maraqlıdırlar

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mozambikin mədəniyyət naziri Armando Artur Joaonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in məlumatına görə, nazir Qarayev Mozambikin mədəniyyət nazirinin bu səfərinin iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyinə ümid etdiyini deyib: "Bu gün bizim aramızda əlaqələr demək olar ki, qurulmayıb. Ümid edirəm ki, Azərbaycanla Mozambik arasında əməkdaşlıq genişlənəcək. Biizm mədəniyyətlərin bir-birinə tanıdılması olduqca vacidbir".

Nazir mozambikli həmkarına təklif edib ki, Azərbaycanda keçirilən çoxsaylı musiqi festivallarında Mozambikin nümayəndələri də iştirak etsinlər.

Onun sözlərinə görə, Mozambik mədəniyyəti Azərbaycan tamaşaçıları tərəfindən də çox maraqla qarşılanar.

Mozambikin mədəniyyət naziri Armando Artur Joao isə Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiyinə görə çox şad olduğunu deyib.

O bildirib ki, bu forum iki ölkə arasında əlaqələrin inkişafına təkan verə bilər: "Düşünürəm ki, əlaqələrimiz genişlənəcək. Gələcəkdə sizi də Mozambikdə görməyimizə çox şad olarıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti