...

Səhiyyə Nazirliyi gigiyenik sertifikat almaq istəyənlərin müraciətlərini elektron formada qəbul edəcək

Cəmiyyət Materials 30 May 2013 10:22 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi yeni elektron xidmətin tətbiqinə başlayıb.
Səhiyyə Nazirliyi gigiyenik sertifikat almaq istəyənlərin müraciətlərini elektron formada qəbul edəcək

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi yeni elektron xidmətin tətbiqinə başlayıb.

Nazirlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, artıq daxili istehsal məhsullarına və idxal edilən məhsullara gigiyenik sertifikatın verilməsi üçün müraciət və sənədlərin qəbulu elektron formada həyata keçiriləcək. Həmin sertifikatı almaq istəyənlər bunun üçün SN-nin rəsmi saytına daxil olmalıdırlar. Müraciət edən şəxs sistemə daxil olmaq üçün şəxsiyyət vəsiqəsinin nömrəsini və pin kodunu qeyd etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti