...

Renault Duster və Fluence "Baki Qaraj Partisi"ndə (FOTO)

Cəmiyyət Materials 30 May 2013 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /Trend

Mayin 24-də "Park Bulvar" ticarət mərkəzində "Renault Azerbaijan" şirkəti Renault Duster və Renault Fluence modellərini təqdim edib. Bu barədə cümə axşamı Trend-ə "Renault" şirkətinin Azərbaycanda mətbuat nümayəndəliyindən məlumat verilib. Təqdimat paytaxtın avtomobil sahibləri və avto-moto texnika həvəskarlarını birləşdirən populyar "Qaraj Parti" tədbiri çərçivəsində baş tutub.

Duster və Fluence Renault nişanının Azərbaycan bazarında təqdim etdiyi ən populyar modellər sırasına daxildirlər.

Renault Duster Azərbaycana 2012-ci ildə daxil olaraq, dərhal bestseller oldu. Bu offrouder ilk baxışdan tamötürücü 4x4 avtomobil kimi özünü göstərir. Modelin ön hissəsi etibarlılıq ifadə edir: geniş qanadlar, radiatorun xromlaşdırılmış barmaqlıqları şübhə yaratmır ki, Renault Dusterin damarında əsl offrouder qanı axır. Yüksək klirens, təkərlərin təsirli arkaları və kuzovun mühafizəsi sürücünü ən çətin keçilən yollara səfər etməyə çağırır.

Qiymət/keyfiyyət nisbətinə görə Renaul Duster-ə rəqib tapmaq çətindir. Ona görə ki avtomobil optimal təhlükəsizlik səviyyəsi, mükəmməl etibarlılıq, həmçinin, qənaətli mühərriklər sayəsində münasib istismar dəyərini özündə birləşdirir. Mühərrik həcmi 1,6 l, qüvvəsi 102 a.g., mexaniki transmissiya ilə təchiz edilmiş modelin start qiyməti 17 900 manat təşkil edir. Offrouder iki komplektasiyada təqdim edilir: Expression və Privilege.

Renault Fluence modelinin Renault Azerbaijan salonunda satışlarınada keçən il start verilib. 2013-cü ilin mayında isə populyar modelin yeni - daha üslublu, qənaətli və funksional nəsli bazara daxil olub. Benzin mühərrikin həcmi 1,6 l, qüvvəsi 114 a.g., CVT transmissiya ilə təchiz edilmiş Renault Fluence modelinin qiyməti 19 900 manat təşkil edir. Avtomobil iki komplektasiya növü ilə təklif olunur: Expression və Privilege.
Avtomobillərin qiymət/keyfiyyət nisbəti 3 il zəmanət və yaxud 100 000 yol qətinə əsaslanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti