...

"Neftçi" - "Xəzər Lənkəran" matçından sonra baş vermiş hadisə ilə bağlı cinayət işi başlandı

Cəmiyyət Materials 30 May 2013 20:35 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu mayın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan kuboku uğrunda "Neftçi" və "Xəzər Lənkəran" futbol klubları arasında keçirilmiş final oyunundan sonra baş vermiş hadisə ilə bağlı birgə məlumat yayıb.
"Neftçi" - "Xəzər Lənkəran" matçından sonra baş vermiş hadisə ilə bağlı cinayət işi başlandı

Azərbaycan, Bakı, 30 may /Trend/

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu mayın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan kuboku uğrunda "Neftçi" və "Xəzər Lənkəran" futbol klubları arasında keçirilmiş final oyunundan sonra baş vermiş hadisə ilə bağlı birgə məlumat yayıb. Bu barədə Trend Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir: "Mayın 28-də T.Bəhramov adına Respublika stadionunda Azərbaycan kuboku uğrunda "Neftçi" və "Xəzər Lənkəran" futbol klubları arasında keçirilən final oyunundan sonra futbol meydançasında həmin klubların azarkeşləri arasında qarşıdurma yaranmaqla, onlar heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən xuliqanlıq ediblər.

Polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində insident aradan qaldırılıb".

Faktla bağlı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda Bakı şəhər Baş Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi üzrə təqsirkar şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti