...

Azərbaycandakı çimərliklərdə monitorinqlər aparılır

Cəmiyyət Materials 3 İyun 2013 13:14 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə birlikdə Bakı, Abşeronda, Sumqayıtda, ölkənin şimal və çənub bölgəsindəki çimərliklərdə dəniz suyunun keyfiyyət göstəricilərini müəyyənləşdirmək üçün monitorinqlər aparır.
Azərbaycandakı çimərliklərdə monitorinqlər aparılır

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə birlikdə Bakıda, Abşeronda, Sumqayıtda, ölkənin şimal və çənub bölgəsindəki çimərliklərdə dəniz suyunun keyfiyyət göstəricilərini müəyyənləşdirmək üçün monitorinqlər aparır.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Trend-ə bildirib ki, hazırda dəniz suyundan götürülmüş nümunələrin laborator müayinəsi aparılır. Monitorinqin ilkin nəticələri gələn həftə açıqlanacaq.

Z.Kazımov deyib ki, monitorinq nəticəsində insanların çimməsi üçün yararlı olan çimərliklər müəyyənləşəcək.

Qeyd edək ki, ötən illərdə Bakının Səbayel rayonu ərazisindəki "Şıx", Qaradağ rayonu ərazisindəki "Sahil", Sumqayıt çimərliklərində vətəndaşların çimməsi qadağan olunmuşdu. Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zuğulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan, Hövsan çimərliklərində isə dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilində olub. Buna görə də vətəndaşlar həmin çirmərliklərdən istifadə edə bilərdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti