...

Bakı Ali Neft Məktəbində tələbələrin 1-ci elmi-texniki konfransına yekun vurulub (FOTO)

Cəmiyyət Materials 4 İyun 2013 09:40 (UTC +04:00)
Bakı Ali Neft Məktəbində tələbələrin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “İnformasiya – kommunikasiya texnologiyalarının neft-qaz və kimya mühəndisliyində tətbiqi” mövzusunda 1-ci elmi-texniki konfransına yekun vurulub.
Bakı Ali Neft Məktəbində tələbələrin 1-ci elmi-texniki konfransına yekun vurulub (FOTO)

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Bakı Ali Neft Məktəbində tələbələrin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş "İnformasiya - kommunikasiya texnologiyalarının neft-qaz və kimya mühəndisliyində tətbiqi" mövzusunda 1-ci elmi-texniki konfransına yekun vurulub.

Bakı Ali Neft Məktəbinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, rektor Elmar Qasımov konfransda məzmunlu məruzələri ilə fərqlənmiş tələbələrə Təşkilat Komitəsinin diplomlarını, hədiyyələri və konfransın məruzələrinin çap olunmuş toplusunun nüsxələrini təqdim edib.

Konfrans iştirakçılarından Rəvan Adilov, İrina Bode və Hüsüzadə Fəhmin 1-ci dərəcəli, Azad Abdullayev, Məhərrəm Səfərli və Natəvan Əsgərli 2-ci dərəcəli, Ümid Tərlanlı, Sultan Əliyev, Samir Ağabalayev və Eltun Sadıqov 3-cü dərəcəli diplomlara layiq görülmüşlər. 7 digər konfrans iştirakçısına həvəsləndirici diplomlar təqdim edilmişdir.
Təşkilat Komitəsi tərəfindən konfransın yekun iclasında tədbirin təşkilində Ali Məktəbin "Kompüter və informasiya-kommunikasiya texnologiyaları" kafedrasının dosentləri Nailə Allahverdiyevanın və Manafəddin Namazovun fəaliyyəti yüksək qiymətləndirilib.

Bakı Ali Neft Məktəbində tələbə elmi-texniki konfranslarının hər il keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti