...

ARDNŞ-də işə düzəlmək istəyən gənclərin nəzərinə!

Cəmiyyət Materials 19 İyun 2013 10:44 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi Astara, Lənkəran, Masallı, Cəlilabad və Biləsuvar qaz istismarı Sahələrinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə müsahibə yolu ilə işçi qəbulu elan edir.
ARDNŞ-də işə düzəlmək istəyən gənclərin nəzərinə!

Azərbaycan, Bakı, 19 iyun /Trend /

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi Astara, Lənkəran, Masallı, Cəlilabad və Biləsuvar qaz istismarı Sahələrinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə müsahibə yolu ilə işçi qəbulu elan edir.

Trend "Azəriqaz" İstehsalat Birliyinin rəsmi saytına istinadən xəbər verir ki, namizədlər həqiqi hərbi xidmət keçmiş, yaşı 30-dan yuxarı olmayan, fiziki cəhətdən sağlam, insanlarla xoş ünsiyyət yarada bilən, iradəli, nizam-intizamlı, çevik gənclər olmalıdırlar.

Arzu edənlər 20 iyun 2013-cü il tarixdə saat 09:00-dan 1700-dək Masallı qaz istismarı Sahəsinə müraciət edə bilərlər. Ünvan: Masallı şəhəri, M.Talışxanov küçəsi 1. Əlaqə telefonu: 012-521-22-61 (Birliyin Kadrlar şöbəsi)

Müsahibədə iştirak etmək istəyənlər şəxsiyyət vəsiqəsi və surətini, Əmək kitabçası və surətini, Hərbi bilet və surətini, Diplom və ya attestatı və onların surəti, eləcə də 2 ədəd 3×4 ölçüdə rəngli şəkil təqdim etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti