...

Gobustone Avropa istehsalçıları tərəfindən tanınır

Cəmiyyət Materials 24 İyun 2013 12:36 (UTC +04:00)
Azərbaycanda gobustone məsaməli hörgü bloklarının yeganə istehsalçısı olan “AAC” şirkəti Avropa Avtoklavlı məsaməli beton İstehsalatcılar Təşkilatına üzv olub. “AAC” MMC Qafqaz ölkələri içində bu təşkilata üzv olan ilk şirkətdir.
Gobustone Avropa istehsalçıları tərəfindən tanınır

Azərbaycan, Bakı, 24 iyun /Trend /

Azərbaycanda gobustone məsaməli hörgü bloklarının yeganə istehsalçısı olan "AAC" şirkəti Avropa Avtoklavlı məsaməli beton İstehsalatcılar Təşkilatına üzv olub. "AAC" MMC Qafqaz ölkələri içində bu təşkilata üzv olan ilk şirkətdir.

Şirkətdən Trend-ə verilən məlumata görə, "AAC" şirkəti Almaniyanın "Wehrhahn" firmasının orijinal avadanlıqları və yüksək texnologiyaları əsasında hazırlanan məsaməli beton bloklarını istehsal edir. Məsaməli beton bloklar digər tikinti materiallarından möhkəmliyi, yüngüllüyü, uzunömürlülüyü, istiliyə və şaxtaya davamlılığı, ekoloji cəhətdən təmizliyi, həmçinin adi əl və ya elektrik alətlərindən istifadə edilən zaman çox asanlıqla emal olunması ilə fərqlənir. Hazırda məsaməli betondan hündür və aşağı mərtəbəli binaların inşa olunmasında, xarici və daxili divarların hörülməsində, arakəsmələrin, örtüklərin və pilləkanların tikilməsində istifadə olunur.

Avtoklavlı Məsaməli Beton İstehsalatcılar Təşkilatı istehsalçıların bütün Avropa üzrə maraqlarını təşviq etmək üçün 1988-ci ildə yaradılıb. Təşkilata Almaniya, İsveç, Finlandiya, Türkiyə və digər ölkələrdə məsaməli hörgü blokları istehsalçısı daxildirlər. Hazırda "AAC" MMC ilə birlikdə təşkilata 21 şirkət üzvdür.

"AAC" müasir tikinti materialları zavodu Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşir. Zavodun illik istehsal gücü 180 min kubmetr məsaməli beton blokları və 30 min ton əhəng təşkil edir. "AAC" müasir tikinti materialları zavodu "SYNERGY GROUP"- a daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti