...

Bəhram Xəlilov: 3331 nəfər vakant dövlət qulluğu vəzifəsinə təyin olunub

Cəmiyyət Materials 24 İyun 2013 12:47 (UTC +04:00)
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılarkən onun qarşısında qoyulan əsas vəzifələrdən biri dövlət qulluğuna qəbulda neqativ halların qarşısının alınması olub.
Bəhram Xəlilov: 3331 nəfər vakant dövlət qulluğu vəzifəsinə təyin olunub

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İ.İzzət/

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılarkən onun qarşısında qoyulan əsas vəzifələrdən biri dövlət qulluğuna qəbulda neqativ halların qarşısının alınması olub. Bu gün biz deyə bilərik ki, 5-7-ci təsnifat inzibati vəzifələrin tutulmasında neqativ halların qarşısı alınıb.

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov "Xalq qəzeti"nə müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2007-ci ildən başlayaraq vətəndaşların dövlət qulluğuna qəbulu ilə bağlı ön üç müsabiqə keçirilib. Hazırda on dördüncü müsabiqənin test imtahanı mərhələsi davam edir:

"Bu müsabiqələrdə 36000-ə yaxın namizəd iştirak edib. Onlardan 2686 nəfəri müsabiqədə uğur əldə edib. Bunlardan da 2196 nəfər dövlət qulluqçusu adını qazanıb. Ümumiyyətlə isə komissiyaının keçirdiyi müsabiqə və müsahibələr nəticəsində 3331 nəfər vakant dövlət qulluğu vəzifəsinə təyin olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti