...

Komissiya sədri qadınların dövlət qulluğuna qəbuldakı zəif iştirakından narahatdır

Cəmiyyət Materials 24 İyun 2013 12:53 (UTC +04:00)
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın keçirdiyi müsabiqə və müsahibələrdə iştirak edən qadın namizədlərin xüsusi çəkisi 30 faizə belə çatmır.
Komissiya sədri qadınların dövlət qulluğuna qəbuldakı zəif iştirakından narahatdır

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İ.İzzət/

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın keçirdiyi müsabiqə və müsahibələrdə iştirak edən qadın namizədlərin xüsusi çəkisi 30 faizə belə çatmır.

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov "Xalq qəzeti"nə müsahibəsində bildirib.

Onun sözlərinə görə, müsabiqələrin bütün mərhələlərində iştirak edən namizədlərin orta hesabla 27 faizini, vəzifəyə təyin olunanların isə orta hesabla 26 faizini qadınlar təşkil edir:

"Onu da xüsusi vurğulamaq istərdim ki, dövlətimizdə nəinki cinsinə görə, milli, dini, sosial mənsubiyyəti və digər xüsusiyyətlərə görə kimsəyə fərq qoyulmur".

Gənclərin dövlət qulluğuna qəbuldakı iştirakına gəlincə, komisiya sədri qeyd edib ki, onların fəallığı çox yüksəkdir. Belə ki, qeydiyyatdan keçmiş namizədlərin 79 faizini, test qalibi olmuş namizədlərin 83 faizini, müsahibə mərhələsində uğur əldə edən naizədlərin 81 faizini, vəzifəyə təyin olunanların 81 faizini gənclər təşkil edir.

Qeyd edək ki, 2007-ci ildən başlayaraq vətəndaşların dövlət qulluğuna qəbulu ilə bağlı ön üç müsabiqə keçirilib. Bu müsabiqələrdə 36000-ə yaxın namizəd iştirak edib. Onlardan 2686 nəfəri müsabiqədə uğur əldə edib. Bunlardan da 2196 nəfər dövlət qulluqçusu adını qazanıb. Ümumiyyətlə isə komissiyaının keçirdiyi müsabiqə və müsahibələr nəticəsində 3331 nəfər vakant dövlət qulluğu vəzifəsinə təyin olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti