...

Ötən həftə Azərbaycanda 25 nəfər “yol terroru”nun qurbanı olub

Cəmiyyət Materials 24 İyun 2013 14:35 (UTC +04:00)
Azərbaycanda yol-nəqliyyat hadisələrində ölənlərin sayı artır.
Ötən həftə Azərbaycanda 25 nəfər “yol terroru”nun qurbanı olub

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İ.İzzət/

Azərbaycanda yol-nəqliyyat hadisələrində ölənlərin sayı artır.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, ötən həftə (17.06.2013-23.06.2013) respublikanın avtomobil yollarında 37 yol-nəqliyyat hadisəsi baş verib.

Qeydə alının hadisələr nəticəsində 25 nəfər ölüb, 59 nəfər xəsarət alıb.

Araşdırmalar zamanı yol qəzalarının baş verməsinin əsas səbəbləri arasında sürət həddinin aşılmasına daha çox rast gəlinib.

Qeyd edək ki, 2013-cü ilin ilk 5 ayı ərzində respublikada 1148 yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr nəticəsində 443 nəfər ölüb, 1247 nəfər isə yaralanıb. Ötən ilin analoji dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 10 faiz, ölənlərin sayı 41 faiz, yaralananların sayı isə 9 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti