...

2014-cü ildə Vaşinqtonda Azərbaycan günləri keçiriləcək

Cəmiyyət Materials 25 İyun 2013 12:36 (UTC +04:00)
ABŞ-ın Smithsonian İnstitutunun Asiya Mədəniyyəti Proqramı və Asiya, Avropa və Yaxın Şərq Etnologiyası bölməsinin direktoru, professor Paul Taylor Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə olan əməkdaşlıq proqramı çərcivəsində Azərbaycanda səfərdədir.
2014-cü ildə Vaşinqtonda Azərbaycan günləri keçiriləcək

Azərbaycan, Bakı, 25 iyun / Trend/

ABŞ-ın Smithsonian İnstitutunun Asiya Mədəniyyəti Proqramı və Asiya, Avropa və Yaxın Şərq Etnologiyası bölməsinin direktoru, professor Paul Taylor Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə olan əməkdaşlıq proqramı çərcivəsində Azərbaycanda səfərdədir.

Trend Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, səfərin əsas məqsədi Mərkəzlə Smithsonian İnstitutu arasında birgə reallaşdırılacaq layihələr və 2014-cü ildə ABŞ-da keçirilməsi nəzərdə tutulan Azərbaycan mədəniyyəti günlərinə hazırlıqların görülməsidir.

Bununla əlaqədar bir sıra dövlət qurumlarında keçirdiyi görüşlərdə Paul Teylor həmçinin Azərbaycan mədəniyyəti və tarixinin təbliğ olunması məqsədi ilə birgə nəşrlərin hazırlanması və Smitshonian İnstitutunda müxtəlif sərgi, mühazirələrin, təqdimatların keçirilməsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Vaşınqtonda nümayəndəliyinin açılması məsələlərini müzakirə edir.

Qeyd edək ki, bu layihələr Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti