...

AMEA-nın Ədəbiyyat İnstitutunda aparılacaq islahatlar açıqlandı

Cəmiyyət Materials 25 İyun 2013 12:58 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunda həm struktur, həm də kadr islahatları aparılacaq.
AMEA-nın Ədəbiyyat İnstitutunda aparılacaq islahatlar açıqlandı

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İ.İzzət/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunda həm struktur, həm də kadr islahatları aparılacaq.

Trend-in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında AMEA Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli qeyd edib ki, institutda ədəbiyyatşünaslıq elminin ayrı-ayrı istiqamətlərini öyrənən, cəmiyyətin ayrı-ayrı çağırışlarına cavab verən, yeni ideyalar irəli sürən və onları icra edən konkret bölmələrin yaradılması nəzərdə tutulub.

O bildirib ki, institutda Ədəbi tənqid bölməsinin yaradılması da vacibdir: "Ədəbiyyat İnstitutu ədəbiyyat haqqında elm institutudur. Ədəbi tənqid ədəbiyyatın müstəqillik dövrünün tələblərinə uyğun gəlib-gəlmədiyini müəyyən etməlidir".

Direktorun sözlərinə görə, institutun dünyaya inteqrasiya etməsi ilə bağlı xeyli işlər görülməlidir:

"Təəssüf ki, 80 illik tarixi olan institutun heç bir ölkə, heç bir təşkilatla müqaviləsi yoxdur. Çalışacağam ki, xarici ölkələrlə yeni əlaqələr qurulsun. Görüləcək işlər çoxdur. Çünki Ədəbiyyat İnstitutunun böyük potensialı var. Təəssüf ki, bizim institutda gənc nəslin nümayəndələri azdır. Gənc nəslin elmə marağının artırılmasına çalışacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti