...

Azərbaycanda orta məktəblərdəki vakant müəllim yerlərinin sayı açıqlanıb

Cəmiyyət Materials 28 İyun 2013 15:33 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində vakant müəllim yerlərinin sayını açıqlayıb.
Azərbaycanda orta məktəblərdəki vakant müəllim yerlərinin sayı açıqlanıb

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində vakant müəllim yerlərinin sayını açıqlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu il məktəblərdə 3286 vakant müəllim yeri var. Onların 2793-ü rayonlardakı orta məktəblərin payına düşür. Bakıdakı orta məktəblərdə isə 493 vakant müəllim yeri var.

Ümumilikdə bu il təqdim olunan vakant yerlərin sayı ötən illə müqayisədə 9 yer çoxdur.

Nazirlikdən bildirilib ki, rayon mərkəzlərindən 20 km-dək məsafədə yerləşən kənd məktəblərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislərə aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq olunacaq. Bu tədbirlər yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 (iki) misli həcmində birdəfəlik yardım, 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün hər ay 40 (qırx) manat məbləğində kompensasiya verilməsi, yaşayış sahələrinə ehtiyaclarının ödənilməsi, torpaq sahələrinin ayrılması, ipoteka kreditlərinin verilməsidir.

Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən kənd məktəblərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislərə isə hər ay əməkhaqqına 70 (yetmiş) manat məbləğində əlavə olunur, yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 (iki) misli həcmində birdəfəlik yardım, 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün hər ay 40 (qırx) manat məbləğində kompensasiya verilməsi, yaşayış sahələrinə ehtiyaclarının ödənilməsi, torpaq sahələrinin ayrılması, ipoteka kreditlərinin verilməsi kimi həvəsləndirmə tədbirləri tətbiq olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti