Azərbaycan, Bakı, 1 iyul /Trend/
Sabah saat 19:00-da Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci Dünya Futbol kubokunun təntənəli açılış mərasimi keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, "Dalğa-Arena" stadionunda baş tutacaq açılış mərasiminə 16 dövlətin futbol komandaları qatılacaq.
Çempionatın ilk oyunu "A" qrupunda yer almış Azərbaycan və Mali komandaları arasında keçiriləcək.
Turnirin mahiyyəti, gedişi, oyunların vaxtı, keçirilmə yeri və digər məlumatları çempionatın rəsmi internet səhifəsindən (www.cism-wft2013.az ) əldə etmək olar.
Bakıda hərbçilər arasında I Dünya Futbol kuboku turniri başlayır
Sabah saat 19:00-da Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci Dünya Futbol kubokunun təntənəli açılış mərasimi keçiriləcək.
