...

Azərbaycanda istirahət günü üçün hava proqnozu açıqlandı

Cəmiyyət Materials 6 İyul 2013 11:38 (UTC +04:00)
Azərbaycan ərazisində sabah hava şəraiti mülayimləşəcək, temperatur bir neçə dərəcə yüksələcək.
Azərbaycanda istirahət günü üçün hava proqnozu açıqlandı

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir S.Əhmədova /

Azərbaycan ərazisində sabah hava şəraiti mülayimləşəcək, temperatur bir neçə dərəcə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, iyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq, şimal-qərb küləyi əsəcək, arabir nisbətən güclənəcək.

Sabah Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-23, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gecə Böyük və Kiçik Qafqazın bəzi ərazilərində şimşək çağacağı, qisamüddətli yağış yağacağı proqnozlaşdırılır.

İyulun 7-də havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti