...

Baş Prokurorluğun əməkdaşları Avropa Şurasının tədbirində iştirak ediblər

Cəmiyyət Materials 12 İyul 2013 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Kiyev şəhərində Avropa Şurasının təşkilatçılığı ilə "Düzgün İdarəçilik və Korrupsiyaya qarşı mübarizə" layihəsi çərçivəsində "Hüquqi şəxslər tərəfindən törədilən hüquqpozmalara görə cinayət, inzibati və mülki məsuliyyətin tətbiqi ilə əlaqədar standartların implementasiyası" mövzusunda 2-ci regional məşğələ keçirilmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, seminarda Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Belarus və digər ölkələrdə hüquqi şəxslər tərəfindən törədilmiş korrupsiya hüquqpozmalarına görə mülki, inzibati və cinayət məsuliyyəti ilə əlaqədar mövcud hüquqi təcrübənin, qanunvericiliyin və qanun layihələrinin təqdimatları keçirilmiş, müxtəlif ölkələrdə törədilmiş cinayət hadisələri ilə bağlı təhlillər aparılmışdır.

Tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin prokuroru vəzifəsini icra edən Samir Mahmudov çıxış edərək, Azərbaycan Respublikasında hüquqi şəxslərin mülki və inzibati məsuliyyətə cəlb edilməsinin hüquqi əsasları və təcrübəsi, gələcəkdə ölkə daxilində hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinin tətbiqi istiqamətində cinayət qanunvericiliyində edilmiş dəyişikliklər və əlavələr, habelə bununla bağlı hazırlanan qanun layihələri barədə seminar iştirakçılarına məlumat vermiş və iştirakçıları maraqlandıran sualları ətraflı cavablandırmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti