...

I ixtisas qrupu üzrə sənəd verən abituriyentlərə “Buraxılış vərəqəsi”nin verilməsinə başlanılıb

Cəmiyyət Materials 15 İyul 2013 10:31 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün I ixtisas qrupu üzrə keçiriləcək imtahanda iştirak etmək istəyənlər abituriyentlərə “Buraxılış vərəqəsi”nin verilməsinə başlayıb.
I ixtisas qrupu üzrə sənəd verən abituriyentlərə “Buraxılış vərəqəsi”nin verilməsinə başlanılıb

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün I ixtisas qrupu üzrə keçiriləcək imtahanda iştirak etmək istəyənlər abituriyentlərə "Buraxılış vərəqəsi"nin verilməsinə başlayıb.

Komissiyadan Trend-ə verilən məlumata görə,abituriyentlər bunun üçün TQDK-nın saytındakı müvafiq sistemə daxil olmalı və "İmtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər. Abituriyentlər bu vərəqə olmadan imtahan binasına daxil ola bilməzlər.

I ixtisas qrupun üzrə qəbul imtahanı iyulun 21-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti