...

Azərbaycanda ilin sonuna kimi Dövlət Qulluğu Məcəlləsinin son variantı hazırlanacaq

Cəmiyyət Materials 15 İyul 2013 11:13 (UTC +04:00)
Azərbaycanda bu ilin sonuna Dövlət Qulluğu Məcəlləsinin son variantı hazırlanacaq. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədri Bəhram Xəlilov bildirib.
Azərbaycanda ilin sonuna kimi Dövlət Qulluğu Məcəlləsinin son variantı hazırlanacaq

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanda bu ilin sonuna kimi Dövlət Qulluğu Məcəlləsinin son variantı hazırlanacaq. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədri Bəhram Xəlilov bildirib.

Xəlilov qeyd edib ki, Məcəllənin hazırlanması iki dövlət proqramında nəzərdə tutulub.

Xəlilov qeyd edib ki, DQMK tərəfindən Dövlət Qulluğu Məcəlləsinin layihəsi hazırlanaraq fikir və təkliflərini almaq üçün həm dövlət orqanlarına, həm də vətəndaş cəmiyyətinə təqdim olunub, ilin sonuna yekun variant hazır olacaq.

DQMK-nın sədri eyni zamanda məcəllə layihəsini komissiyanın rəsmi internet saytı vasitəsilə ictimai müzakirəyə çıxarıldığını deyib.

"Məcəllə ilə bağlı daxil olan bütün mütərəqqi təklif və rəylər nəzərə alındıqdan sonra məcəlləyə bir daha ictimai baxış keçiriləcək. Bu məcəllə bütün normativ hüquqi aktları özündə cəmləşdirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti