...

Azərbaycanda dövlət qulluğuna qəbul olunmaq üçün 1200-dən çox namizəd test imtahanı mərhələsindən keçib

Cəmiyyət Materials 15 İyul 2013 11:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanda dövlət qulluğuna qəbul olunmaq üçün 1200-dən çox namizəd test imtahanı mərhələsindən keçib. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib.

Xəlilovun sözlərinə görə, müsabiqə zamanı 94 dövlət orqanında beşinci-yeddinci təsnifatlarına uyğun olan 1011 vakansiya yeri elan edilib.

DQMK-nın sədri Bəhram Xəlilov deyib ki, vakant dövlət qulluğu vəzifələrinin tutulması üzrə 16 aprel, 1 və 7 may tarixlərində elan edilmiş müsabiqələrin iyunun 6-dan başlayan test imtahanı mərhələsi sabah başa çatır. Xəlilov qeyd edib ki, test imtahanları ilə paralel olaraq 3 həftədir müsahibələr başlayıb.

Komissiya sədri qeyd edib ki, indiyə kimi 3 min nəfərə yaxın insan dövlət qulluğu sahəsində işə qəbul olunub.

"Xüsusi qeyd etmək lazımdır ki, onlardan 80 faizdən çoxu gənclərdir. Hətta son dövrlər gənclər bakalavr pilləsini bitirən kimi dövlət qulluğuna qəbul olmaq istəyir. Kim hamıdan yaxşıdırsa, şəxsi keyfiyyətləri yuxarı səviyyədədirsə, dövlət qulluğu vəzifələrinin tutulması üzrə müsabiqədə uğur qazanır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti