...

Jurnalistlər üçün "Media Düşərgə" təşkil ediləcək

Cəmiyyət Materials 19 İyul 2013 13:16 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu bu il jurnalistlər üçün "Media Düşərgə" layihəsini həyata keçirəcək. Trend xəbər verir ki, bunu Gənclər Fondu Aparatının rəhbəri Faiq Qürbətov jurnalistlərə açıqlamasında bildirib.
Jurnalistlər üçün "Media Düşərgə" təşkil ediləcək

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu bu il jurnalistlər üçün "Media Düşərgə" layihəsini həyata keçirəcək. Trend xəbər verir ki, bunu Gənclər Fondu Aparatının rəhbəri Faiq Qürbətov jurnalistlərə açıqlamasında bildirib.

Aparat rəhbərinin sözlərinə görə, layihə çərçivəsində Azərbaycanın gənc jurnalistləri bir neçə gün ərzində faydalı informasiya əldə edəcəklər ki, onlardan da gələcəkdə gənclər, eləcə də QHT-lər haqqında məlumatlar hazırlayarkən istifadə edə biləcəklər:

"Aparılan seçim əsasında "Media Düşərgə"yə 50-yə yaxın gənc jurnalist cəlb olunacaq. Ölkənin səfalı məkanlarının birində və ya Bakıda təşkil olunacaq düşərgə zamanı seminarlar, həmçinin asudə vaxtın təşkili üçün tədbirlər keçiriləcək. Layihəyə gənclərlə bağlı materiallar hazırlayan jurnalistlər cəlb olunacaq."

O, həmçinin qeyd edib ki, bu il Gənclər Fondunun təşkilatçılığı ilə I Ümumrespublika Zəka Oyunları Festivalı keçiriləcək. Festivala 14-29 yaş arası 30 minədək gənc cəlb olunacaq. Festivalın finalı Bakıda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti