...

Sabah havanın temperaturu yüksələcək

Cəmiyyət Materials 20 İyul 2013 15:13 (UTC +04:00)
Sabah Azərbaycanda bəzi yerlərdə havanın temperaturu 38 dərəcəyə yüksələcək.
Sabah havanın temperaturu yüksələcək

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir M.Əliyev/

Sabah Azərbaycanda bəzi yerlərdə havanın temperaturu 38 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, istirahət günü - iyulun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 20-25 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx çimərliyində, Sahildə 27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Temperatur gecə 20-25 dərəcə, gündüz 33-38, dağlarda gecə 12-17 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti