...

Türkiyə yerli "Altay" tankının sınaqdan keçirilməsini tamamlayıb

Cəmiyyət Materials 22 İyul 2013 15:28 (UTC +04:00)
İyunun 3-dən iyulun 10-dək Türkiyədə yerli "Altay" tankı sınaqdan keçirilib.
Türkiyə yerli "Altay" tankının sınaqdan keçirilməsini tamamlayıb

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir A.Tağıyeva/

İyunun 3-dən iyulun 10-dək Türkiyədə yerli "Altay" tankı sınaqdan keçirilib. Bu barədə Trend "Sabah" qəzetinə istinadən məlumat verir.

Uğurlu sınaq nəticəsində müəyyən olunub ki, tank qarşıya qoyulan tələblərə tam cavab verir və silsilə istehsala hazırdır.

Sınaqdan sonra 250 ədəd "Altay" tankının istehsalı üçün sifariş veriləcəyi gözlənilir.

Bir tankın qiymətinin 5,5 milyon dollar, layihənin hazırlanmasının dəyəri isə 500 milyon dollar təşkil edəcəyi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti