...

Azərbaycanın Fransa və Almaniya ilə təhsil sahəsində əməkdaşlığının cari vəziyyəti müzakirə olunub

Cəmiyyət Materials 31 İyul 2013 18:42 (UTC +04:00)
Təhsil naziri Mikayıl Cabbarov Fransanın ölkəmizdəki səfiri Paskal Mönye və Almaniyanın Azərbaycandakı səfirliyinin daimi işlər müvəkkili Volfqanq Mössinger ilə görüşlər keçirib.
Azərbaycanın Fransa və Almaniya ilə təhsil sahəsində əməkdaşlığının cari vəziyyəti müzakirə olunub

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Təhsil naziri Mikayıl Cabbarov Fransanın ölkəmizdəki səfiri Paskal Mönye və Almaniyanın Azərbaycandakı səfirliyinin daimi işlər müvəkkili Volfqanq Mössinger ilə görüşlər keçirib.

Trend Təhsil Nazirliyinə istinadən məlumat verir ki, hər iki görüş zamanı ölkələr arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, ikitərəfli görüşlərdə ali məktəblər arasında əməkdaşlıq, orta və ilk peşə-ixtisas təhsili sahəsində birgə layihələr, təqaüd proqramları ilə bağlı məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti